Fransa Liviya müharibəsinə xərclədiyi vəsaiti açıqladı
10 İyul 2011 Bazar 01:33
Bu vəsait ölkənin hərbi büdcəsini dörd dəfə üstələyir.
Fransa indiyədək Liviyadakı hərbi əməliyyatlarda iştiraka 160 milyon avro xərcləyib. Bu məlumatı ölkənin büdcə naziri Valeri Pekress “Jurnal dü dimanş” jurnalına müsahibəsində deyib.

“Bizim Liviya əməliyyatlarında iştirakımız 160 milyon avroya başa gəlib. Bunu bizim 40 milyrd dollarlıq hərbi büdcəmizlə müqayisə edin”, - büdcə idarəsinin rəhbəri bildirib.

Fransanın avanqardlarından olduğu Liviya hərbi əməliyyatları martın 19-da başlayıb. O vaxtdan Fransa aviasiyası NATO qüvvələrinin tərkibində hər gün Liviya ərazisindəki yerüstü hədəflərə zərbələr endirir. Fransız pilotlar həftə ərzində təxminən 200 hərbi uçuşlar edirlər.

İyulun 13-də Fransa parlamentinin iki həftəlik növbədənkənar sessiyası başa çatır. Debatların gedişində hər iki palatanın deputatları Liviyadakı hərbi əməliyyatların müddətinin uzadılmasının mümkünlüyü barədə qərar qəbul etməlidirlər. Ölkə Konstitusiyasına görə, hökumət parlametnin razılığı olmadan dörd aydan artıq hərbi əməliyyatlar keçirə bilməz. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar