Fransa hökumətindən daha bir qalmaqal
06 Fevral 2012 Bazar Ertəsi 01:31
Nazir irqçi çıxışı ilə böyük narazılığa səbəb oldu.
Fransanın daxili işlər naziri irqçi çıxışı ilə böyük etiraz dalğasına səbəb olub. O, bəyan edib ki, sivilizasiyamızı daha zəif inkişaf etmişdən qorumalıyıq.

Nazir Klod Gean bildirib ki, planetdə bütün sivilizasiyalar bərabər deyil, onlardan bəziləri digərlərindən daha çox inkişaf edib. “Bəşəriyyəti qoruyan sivilizasiyalar bunu etməyənlərdən daha çox inkişaf ediblər. Azadlıq, bərabərlik və qardaşlığı müdafiə edənlər bizim üçün tiranlığı, qadın itaətini, sosial və itnik nifrəti qəbul edənlərdən daha yüksəkdədirlər”, - nazir mətbuat konfransında deyib.

Klod Gean onu da vurğulayıb ki, “yeni sivilizasiya” daha az inkişaf etmişdən qorunmalıdır.

Nazirin bəyanatı internetdə ciddi narazılığa səbəb olub. Çoxları onun sözlərində Fransadakı ərəb miqrantlara qarşı eyham gördüklərini bildirirlər.

Fransada prezident seçkilərinə üç ay qalır. Müşahidəçilərin fikrincə, rəsmi Parisin növbəti ağılsızlığı seçkinin nəticələrində özünü göstərəcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar