Fransa hərbi bazalarını bağlayır
04 Aprel 2010 Bazar 09:30
Seneqal fransızların nəzarəti altında olan bazalarını özünə qaytarır.
Seneqal bu günədək Fransanın nəzarəti altında olan hərbi bazalarını özünə qaytarır. Bu barədə Seneqalın Fransadan ayrılaraq müstəqillik qazanmasının 50 illiyinə həsr olunmuş bayaram ərəfəsində televiziya ilə xalqa müraciəti zamanı ölkə prezidenti Abdulay Vade bildirib.

“Mən təntənəli şəkildə bəyan edirəm ki, aprelin 4-ü gecəyarısından başlayaraq, Seneqal
Fransaya məxsus bazaları özünə qayataracaq və onların üzərində öz suverenliyini bərpa edəcək”, - deyə Vade bildirib.

Prezident qeyd edib ki, Seneqal müstəqillik əldə etdikdən sonra Fransanın ölkədə hərbi mövcudluğuna razılıq verib, lakin son illər seneqallılarda belə bir təəssürat yaranıb ki, onların müstəqilliyi “tam deyil”.

Fransanın Müdafiə Nazirliyi Seneqaldakı bazalarını bağlamaq niyyətində olduğunu təsdiqləyib. Lakin rəsmi bəyanata görə, ölkədə “regional hərbi əməkdaşlıq mərkəzi” qalacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar