Mahmud Əhmədinejad qanuni olaraq İran prezidenti olduqdan sonra Fransa onu tanıyacaq. Gazeta.ru-nun məlumatına görə, bu barədə Fransanın xarci işlər naziri Bernar Kuşner senatorların qarşısında çıxış edərkən bildirib.
Onun sözlərinə görə, Fransa Əhmədinejadı prezident kimi tanıyacaq, çünki onun başqa seçimi yoxdur.
“Mən hesab edirəm ki, müxalifəti dəstəkləmək, onlarla əlaqələri artırmaq və İranın nüvə proqramına qarşı çıxmaq lazımdır. Biz bunu istəsək də, istəməsək də etməliyik. Baxmayaraq ki, bizi heç kəs buna məcbur etməyib, biz onsuz da bunu edirik”. – deyə Kuşner bildirib.
Onun sözlərinə görə, Fransa birbaşa əlaqələri dəstəkləyir və dəfələrlə İran hakimiyyəti ilə görüşlər keçirib. /ANS PRESS/