Fransa alt-üst olub
22 Oktyabr 2010 Cümə 11:20
Ölkədə oktyabrın 28-də və noyabrın 6-da növbəti genişmiqyaslı tətillər keçiriləcək.
Ötən gecə Fransada hökumətin müavinat yaşının 60-dan 62-yə qaldırılması ilə bağlı etiraz aksiyaları davam edib. Lionda məktəblilərin və tələbələrin mitinqləri elə birinci gündən qarşıdurmalarla müşayiət olunub. Vəziyyətdən narazı olan tələbələr avtomobilləri çeviriblər, mağazaların vitrinlərini dağıdaraq, hüquq mühafizə orqanlarına müxtəlif əşyalar atıblar. Polis aksiya iştirakçılarına qarşı göz yaşardıcı qaz və su şırnaqları tətbiq edib və 29 nəfər aksiya iştirakçısını saxlayıb.

Ture şəhərində isə aksiyalara 500-ə qədər lisey tələbəsi toplaşıb. Gənclər sanksiyalaşdırılmamış şəkildə Luarda körpü üzərindəki yollardan birini bağlamağa cəhd ediblər. Buna görə də polis aksiya iştirakçılarından 6 nəfəri saxlamağa məcbur olub. Monpelyedə isə 1500 nəfərə qədər lisey şagirdləri və tələbələr küçələrə çıxıblar. Lilldə də aksiyalara 750-dən 2 minə qədər insan qoşulub.

Etirazlar Nord departamentinin şəhərlərində də keçirilib. Burada polis 1 nəfəri saxlayıb. Parisin cənubunda polisə meydanı aksiya iştirakçılarından təmizləmək üçün 1 saat vaxt lazım olub. Məlumata görə, aksiya iştirakçıları buradan Senata daxil olmağa cəhd ediblər. Belə ki, aksiya iştirakçıları Danfer Roşro meydanında aksiyanı başa çatdırmağı nəzərdə tutublar. Lakin gözlənilmədən onlarla aksiya iştirakçısı və mülki formada olan polislər Senata gedən prospektə çıxıblar. Lakin burada onların qarşısını dəyənəklər və gözyaşardıcı qazla atəş açan polislər qarşılayıblar. Burada aksiya iştirakçıları yanğınlar törədərək müxtəlif şüarlar səsləndiriblər. Daha sonra aksiyaçılar maskalar geyinərək polisə tərəf təzyiq göstərsə də, müqavimətlə üzləşərək geri çəkiliblər. Polis Senatın yerləşdiyi küçədə 3 mərhələli polis kardonu yerləşdirib.

Fransa həmkarlar ittifaqları oktyabrın 28-i və noyabrın 6-da növbəti ümummilli etiraz aksiyaları keçirmək qərarına gəlib. Bu barədə qərar Fransanın 6 əsas həmkarlar təşkilatı tərəfindən keçirilən toplantıda qəbul edilib.

Baş nazir Fransua Fiyon isə ölkəyə yanacaq gətirilməsi və paylanması ilə əlaqədar xüsusi iclas keçiricək. Toplantıda hökumətin əsas nazirləri və məmurları iştirak edəcək.

Qeyd edək ki, senatın Aşağı Palatası artıq pensiya islahatlarının lehinə səs verib, əgər Yuxarı Palata da qanun layihəsini dəstəkləyərsə, o zaman ölkə prezidenti Nikolya Sarkozinin bu qərarı təsdiqləməsindən sonra təqaüd yaşı 60-dan 62-yə qaldırılacaq. Qərarın həftə sonunadək qəbul edilməsi gözlənilir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar