Fransa ABŞ-dan yardım istədi
01 İyun 2009 Bazar Ertəsi 23:35
Fransızların xahişi qəbul edilsə, yoxa çıxan təyyarənin axtarışları üçün peyk sistemləri cəlb ediləcək

 

Fransa Pentaqondan Atlantik okeanı üzərində yoxa çıxan Airbus-330 laynerinin axtarışlarına peyk müşahidə və dinləmə vasitələrinin cəlb edilməsini xahiş edib. ANS PRESS-in RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Fransa prezidenti Nikolya Sarkozi bildirib.

"Hər şeydən öncə qəzanın baş verdiyi yeri müəyyən etmək lazımdır", - deyə Sarkozi vurğulayıb.

Sarkozi qeyd edib ki, Fransa Hava Qüvvələri hadisə yerinə gəmi və təyyarələr göndərib. Söhbət iki "Breguet Atlantic" patrul təyyarəsi və "Falcon-50" təyyarəsindən gedir./ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar