Fordların sonu çatdı
10 Mart 2014 Bazar Ertəsi 19:31
Məşhur avtomobil konserninin banisi Henri Fordun son nəvəsi Uilyam Kley Ford dünyasını dəyişib.
ABŞ-da 88 yaşında Uilyam Kley Ford dünyasını dəyişib. ANS PRESS-in məlumatına görə, o, məşhur avtomobil konserninin banisi Henri Fordun son nəvəsi idi.

ANS PRESS-in məlumatına görə, Uilyam Ford altmış ilə yaxın "Ford" avtomobil konserninə başçılıq edib. Şirkətin məlumatında bildirilir ki, avtomobilə dizayn seçilməsi məsələsində onun rolu əsas olub.

Qeyd edilir ki, Uilyam Kley Ford, həm də milli futbol liqasının “Detroit Lions” klubunun sahibi idi.

ABŞ-nin ən böyük avtomobil şirkətlərindən biri olan “Ford Motor Company” 1903-cü ildə səhmlərin 25,5%-ə sahib olan Henri Ford başda olmaqla, Miçiqan ştatından 12 nəfər biznesmen tərəfindən təsis edilib. 1906-cı ildə Henri Ford şirkətin prezidenti və əsas sahibkarına çevrilib. Şirkətin mərkəzi Miçiqanda yerləşir. 2013-cü ilin avtomobil satışlarına görə, “Ford” dünya ikincisi olub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar