"Forbes" Rusiya milyaderlərinin siyahısını yenilədi
15 Aprel 2011 Cümə 17:06
Əslən azərbaycanlı olan Vahid Ələkbərov və Telman İsmayılov bu siyahıda geriləyib
“Forbes” jurnalının rus variantı 2011-ci ilin ən varlı Rusiya biznesmenlərinin siyahısını açıqlayıb. Bu il ölkədə milyaderlərinin sayı bir il ərzində 62-dən 101-dək artıb. 2009-cu ildə isə onların sayı 32 nəfər idi. İlk “onluq”da olanların ümumi varidatını jurnal 432 milyard dollar təyin edib ki, bu da 2010-cu ildəkindən 135 milyard dollar çoxdur.
İlk “onluğa” Novolipetsk şəhərinin metallurgiya kombinatının sahibi Vladimir Lisin başçılıq edir. Onun var-dövləti 24 milyard dollar təşkil edir. Ondan sonra 18,5 milyard dollarla “Severstal” ASC-nin sahibi Aleksey Mordaşov gəlir. Üçüncü yerdə isə 18 milyard dollar vəsaitə malik “Oneksim” qrupunun sahibi Mixail Proxorov qərarlaşıb.
İlk üçlükdən çıxan 15.1 milyard dollara sahib “Alfa-qrupp”un sahibi Mixail Fridman olub. O indi bu siyahıda yeddinci yeri tutur. İlk “onluq”da dördüncü yerdə qərarlaşan 17.8 milyarda sahib olan “İnterros” şirkətinin yiyəsi Vladimir Potanin, beşici yerdə əslən özbək olan və 17.7 milyard dollara sahib “Metalloinvest”, “Mail.ru Group” sahibi Əlişir Usmanov qərarlaşıb.
“Forbes”in siyasında altıncı 16.8 milyard dolları olan “Bazel” şirkətinin yaradıcısı Oleq Deripaskadır. Əslən azərbaycanlı olan, “Lukoyl” şirkətinin, eyni zamanda 13.9 milyard dollara sahib Vahid Ələkbərov bu dəfə səkkizinci yeri tutub. Bu reytinqdə Roman Abramoviç də geriləyib. Onun pulunun miqdarı 13.4 milyard dollar olub. İlk onluğun sonunda isə “Renova” şirkətinin sahibi və 13 milyardı olan Viktor Vekselberq tutur.
Rusiyanın ən varlı qadını isə Moskvanın keçmiş meri olmuş Yuri Lujkovun həyat yoldaşı, “İnteko” şirkətinin sahibəsi Yelena Baturina olub. O, “Forbes”in milyaderlər siyahısında 77-ci yeri tutub. Daha bir həmyerlimiz, “AST-Qrup”un sahibi Telman İsmayılov da bu siyahıda geriləyib. 600 milyon dollara sahib olan Telman İsmayılov bu siyahıda 153-cü yerdə qərarlaşıb.
DOSTLARINLA PAYLAŞ: