Forbes Mehemmed peyğemberin hedisinden yazdı
24 Oktyabr 2013 Cümə Axşamı 17:29
Peyğemberin hedisi jurnalın "Günün fkri" adlanan rubrikasında derc edilib.
Dünya şöhrətli "Forbes" jurnalı öz səhifəsində Məhəmməd Peyğəmbərin (s.ə.s) hədisinə yer ayırıb. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, peyğəmbərimizin hədisi Amerikanın biznes jurnalı olan "Forbes"in "Günün fikri" adlanan rubrikasında dərc edilib: "Bir insanın dünyada etdiyi bütün yaxşılıqlar onun həqiqi sərvətidir".
Jurnalın internet saytında da yer alan hədisinin sonunda "Mohammed" ifadəsi yazılıb.
Qeyd edək ki, 1917-ci ildə yaradılan "Forbes" dünyanın ən hörmətli biznes junallarından biri hesab olunur.
DOSTLARINLA PAYLAŞ: