Fitou qasırğası can almağa davam edir
08 Oktyabr 2013 Çərşənbə Axşamı 10:33
Çində 5 nəfərin ölümünə səbəb olan qasırğa həyatı iflic edib.
Çinin cənub-şərqində "Fitou" qasırğasının səbəb olduğu daşqınlar həyatı iflic edib. Təbii fəlakət nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb.

Bölgənin bir çox şəhərləri su altında qalıb, nəqliyyatın hərəkəti iflic olub. Leysan yağışı sürəti saatda 151 kilometrə çatan külək müşayiət edib. Ağacların aşması minlərlə sakini işıqsız qoyub.

Ən çox ziyan Fuçian əyalətinə dəyib. Burada minlərlə ev yararsız vəziyyətə düşüb. Çinin cənub-şərqində ümumilikdə 750 mindən çox sakin evakuasiya edilib. "Fitou" qasırğası digər Asiya ölkələrində də fəsadlara yol açıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar