Fironun sirri tapıldı
03 Noyabr 2013 Bazar 22:16
Ən gənc fironun ölümünə səbəb sürətli araba olub
Misir tarixinin ən çox maraq doğuran fiqurlarından olan firon Tutanxamonun məzarı kəşf edildikdən 91 il sonra bir sirrin üstü açılıb. ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, uşaq yaşlarında ölən fironun sürətli at arabası vurması nəticəsində vəfat etdiyi bəlli olub.
Misir Tədqiqat cəmiyyətinin rəhbəri professor Kris Naunton mumyayı tapan arxeoloq Hovard Karterin daha öncə yayımlanmayan qeydlərini tədqiq edib. Bu araşdırmadan sonra o, fironun araba vurmadan sonra öldüyü qənaətinə gəlib. Onun sözlərinə görə, bu iddialar mumiya üzərində aparılan tibbi ekspertiza zamanıda təsdiqlənib.
Nauton, at arabasının çarxlarının Tutanxamonun sinəsini əzdiyini və bədədnini parçaladığını deyib. Bunun üçündə cəsədi mumyalayanlar bu işi çətinliklə edə biliblər.
İndiyə qədər adıçəkilən fironun cinayət nəticəsində öldüyü güman edilirdi.
DOSTLARINLA PAYLAŞ: