Finlandiyadan Rusiyaya qarşı ittiham
08 Noyabr 2011 Çərşənbə Axşamı 01:27
Helsinki iddia edir ki, Rusiya hərbi təyyarəsi ölkənin həva məkanını pozub.
Finlandiyanın Müdafiə Nazirliyi iddia edir ki, Rusiyanın hərbi təyyarəsi bu ölkənin hava məkanını pozub. Nazirliyin məlumatına görə, hadisə ötən gün yerli vaxtla saat 14.00-da (Bakı vaxtı ilə saat 16.00) Fin körfəzinin şərq hissəsində baş verib.

Finlandiya tərəfi bildirib ki, Rusiyaya məxsus olduğu güman edilən “Antonov” tipli təyyarə bu ölkənin hava məkanında 5 dəqiqə uçub.

Finlandiyanın Müdafiə Nazirliyi iddia edir ki, bu, 2011-ci ildə baş vermiş sayca dördüncü insidentdir. Bu il ərzində ABŞ-ın iki, İsveçin isə bir təyyarəsi Finlandiyanın hava sərhəllərini pozub.

Sərhəd departamenti Rusiya təyyyarəsi ilə bağlı faktı araşdırır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar