Finlandiyada pilotlar tətilə başlayır
15 Noyabr 2009 Bazar 04:45
Onlar “Finnair” hava yolları şirkətinin rəhbərliyi ilə razılığa gələ bilməyiblər
Finlandiyanın “Finnair” hava yolları şirkətinin pilotları müqavilə ilə işləməklə bağlı razılığa gələ bilmədiklərindən bazar ertəsi tətilə başlamaq qərana gəliblər.
800 pilotu birləşdirən həmkarlar təşkilatı nümayəndələri ilə danışıqlar bir neçə ay davam edib. Lakin müqavilə ilə bağlı son təklif “Finnair” pilotları tərəfindən rədd edilib. Onların sözlərinə görə, əmək və əmək şəraitinin yaxşılaşdırılması istiqamətində danışıqlar pilotlar üzündən pozulmayıb.
Qeyd edək ki, “Finnair” hava yolları şirkətinin Azərbaycanla əlaqəsi yoxdur və “Azərbaycan Hava Yolları” ilə əməkdaşlıq etmir. Ümumiyyətlə, Azərbaycanla Finlandiya arasında birbaşa təyyarə uçuşları mövcud deyil. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: