Finlandiya və Litvada nüvə əleyhinə aksiya
27 Aprel 2011 Çərşənbə 05:53
Etirazçılar nüvə enerjisindən imtina edilməsini, alternativ enerjiyə daha çox investisiya qoyulmasını tələb edib.
Finlandiyanın paytaxtı Helsinkidə Çernobıl faciəsinin 25-ci il dönümü münasibəti ilə yürüş həyata keçirilib. Aksiya iştirakçıları Finlandiya hökumətini ölkədəki nüvə layihələrini dayandırmağa çağırıb. Qeyd edək ki, hazırda Finlandiyada 4 nüvə stansiyası var. Yaşıllar təşkilatı və bir sıra digər ətraf mühit təşkilatları tərəfindən təşkil edilən aksiya parlament binası qarşısında baş tutub. Yaşıllar partiyasının parlament qrupu lideri Ville Ninisto etirazçıların nüvə enerjisindən imtina edilməsini və alternativ enerjiyə daha çox investisiya yatırılmasını istədiklərini deyib.

Litvada da yüzlərlə insan Çernobl nüvə reaktorunda baş vermiş hadisənin 25-ci il dönümü münasibəti ilə etiraz aksiyası keçirib. Paytaxt Vilnusda keçirilən aksiyalarda 500 nəfərə qədər insan iştirak edib. Onlar “Dünən Yaponiya bu gün isə Litva” şüarları səsləndirib. Qeyd edək ki,2009-cu iliə qədər Litva əsasən nüvə enerjisi tərəfdarı ölkə olub. O Fransdan sonra dünyada nüvə enerjisindən daha çox asılı olan ikinci ölkə olub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar