Filmə baxdıqlarına görə təyyarədən qovuldular
28 Dekabr 2009 Bazar Ertəsi 22:15
Hadisə “U.S. Airways” şirkətinə məxsus hava gəmisində baş verib
Amerikada hərəkətləri şübhəli bilinən iki sərnişin “U.S. Airways” aviaşirkətinə məxsus təyyarədən aşağı endirilib. Daha sonra isə Federal Tədqiqatlar Bürosunun terrorçuluqla mübarizə şöbəsinin əməkdaşları tərəfindən dərhal sorğu-suala çəkilib.

Onların yol yoldaşlarının bildirdiyinə görə, sərnişinlər Finiksdə enmə ilə Orlandodan San-Dieqoya uçurlarmış. Təyyarə yerə enməyə hazırlaşan zaman isə onlar göyərtədə özlərini çox qəribə aparan iki sərnişinin olması barədə pilotlara xəbər verib.

Hadisə şahidləri Yaxın Şərqdən gələnlərə bənzəyən iki kişinin olduqca ucadan danışdığına və onlardan birinin “kəmərləri bağlayın” siqnalından sonra hətta öz yerindən ayağa durmasına diqqət yetirib.

Lakin sonda məlum olub ki, sözügedən bu iki sərnişin sən demə gülməli filmə baxırlarmış. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar