Film festivalında 1 milyon dollarlıq qarət
18 May 2013 Şənbə 05:27
Kann festivalında aktyorların istifadə etməsi üçün icarəyə götürülən zinət əşyaları oğurlanıb.
66-cı Kann film festivalında dünya ulduzlarının istifadə etməsi üçün sponsor firma tərəfindən icarəyə götürülən zinət əşyaları oğurlanıb. İsveçrənin “Chopard” firmasının hazırladığı zinət əşyaları festivalın 2-ci günü şirkətin amerikalı əməkdaşının otağından götürülüb. Festival rəsmiləri isə açıqlama verərək oğurlanan zinət aşyaları arasında “Qızıl Palma” mükafatının olmadığını, bu mükafatın təhlükəsiz bir yerdə olduğunu deyib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar