Fillər insanları masaj etməyə başlayıb
13 Aprel 2011 Çərşənbə 05:52
Petçhaburi bölgəsini ziyarət edən turistlərdən biri həyatını təhlükə altına qoyaraq özünü filə masaj etdirib
Futbol oynayan, səbətə top atan, rəsm çəkən, müxtəlif tryuklar göstərən fillərdən sonra indi də insanları masaj edən fil öz xüsusi qabiliyyəti ilə bəşər övladını təəccübləndirməyə davam edir. Tailandda belə bir fil görənləri heyran edib. Fillərin çox olduğu Petçhaburi bölgəsini ziyarət edən turistlərdən biri həyatını təhlükə altına qoyaraq filin ayaqları altına uzanıb. Turistin qarnını və ayaqlarını masaj edən fil tamaşaçıları da xeyli güldürüb. Təxminən 1 dəqiqə davam edən masajdan sonra turist ayağa qalxaraq filə təşəkkür edib.




DOSTLARINLA PAYLAŞ:

oyunlar