Filippinlərdə girov böhranı başa çatdı
28 Sentyabr 2013 Şənbə 12:47
3 həftədir aparılan hərbi əməliyyatlarda 195 girov azad edilib.
Filippinin cənubundakı Zamboanga şəhərində təxminən 3 həftədir davam edən girov böhranı artıq başa çatıb.

ANS PRESS-in "Anadolu" agentliyinə istinadən verdiyi xəbərə görə, ölkənin müdafiə naziri Volter Gazmin verdiyi açıqlamasında, saxlanılan Moro Milli Qurtuluş Cəbhəsi üzvlərinin Zamboanga sahillərində əsgərlər tərəfindən axtarışa verildiyini bildirib.

Onun sözlərinə görə, ordu kəşfiyyatı qruplaşmanın komandiri Habier Malikin ölüb-ölmədiyini araşdırmaqla məşğuldur. 4500 nəfərdən çox təhlükəsizlik qüvvələrinin cəlb olunduğu axtarışın artıq 3 həftədir davam etdiyini deyən nazir, bu vaxta qədər 195 girovun xilas edildiyini, bəzilərinin də üsyançıların əlindən qaçdığını söyləyib: "Bu andan etibarən böhranın bitdiyini söyləyə bilərəm. Vəzifəmizi uğurla başa vurduq".

Qeyd edək ki, bir neçə il əvvəl ölkə siyasətçiləri ilə ordu arasında girov böhranının yaratdığı gərginlik nəticəsində 100 mindən çox vətəndaş yaşayış yerlərini tərk etməyə məcbur olub, 10 mindən çox ev üsyançılar tərəfindən yandırılıb və ya silahlı qarşıdurmalar nəticəsində yararsız vəziyyətə düşüb. Silahlı qarşıdurmalar nəticəsində isə 183 siyasi xadim, 23 əsgər və polis həlak olub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar