Filippində terror aktı törədilib. Hadisə katoliklər kilsəyə getdiyi vaxt baş verib. Kilsə yaxınlığında quraşdırılmış partlayıcı qurğunun işə düşməsi nəticəsində azı 5 nəfər ölüb, 48-i isə yaralanıb. Yaralılardan əksəriyyətinin vəziyyətinin ağır olduğu bildirilir. Xəsarət alanlar arasında hadisə baş verən vaxt yaxınlıqdan keçən əsgərlər də var.
Terror aktlarının məhz onlara qarşı törədildiyi ehtimal olunur. Rəsmilər baş verən terrorda «Maro islamçılarını» günahlandırsa da, qruplaşma məsuliyyəti hələ ki, öz üzərinə götürməyib. Qeyd edək ki, ölkənin cənubunda yerləşən Mindano regionun əhalisinin əksəriyyəti müsəlman olsa da, xristianların bura rəhbərlik etməsi etiraz yaradır və islam yönlü qruplaşmalar müsətəqilliyə can atırlar. /ANS TV/