Filippində təbii fəlakət qurbanlarının sayı 521 nəfərə çatdı
18 Dekabr 2011 Bazar 14:24
Onların əksəriyyəti itkin düşmüş yaxınlarını axtararkən ölüb.
Filippində "Vaşi" tropik qasırğasının səbəb olduğu daşqın və torpaq sürüşməsi nəticəsində ölənlərin sayı durmadan artır. Filippin Qırmızı Xaç Cəmiyyətinin məlumatına görə, ölənlərin sayı 521 nəfərə çatıb.
Onların əksəriyyətinin qadın və uşaqlar olduğu bildirilir. 498 nəfər itkin hesab edildiyindən, ölənlərin sayının daha da artacağı istisna edilmir. Yerli mənbələr ölənlərdən 239-nun məhz itkin düşmüş yaxınlarını axtararkən təbii fəlakətə qurban getdiyini bildirir.
Ən çox ziyan Kaqayan de Oro şəhərinə dəyib. Burada 500 mindən çox adam içməli susuz qalıb.
DOSTLARINLA PAYLAŞ: