Fillippində "Əl-Qaidə" döyüşçüləri əsgərlərə hücum edib. Terror təşkilatı ilə bağlılığı olan şəxslər tələyə saldıqları dəniz qüvvələrinin əsgərlərindən 5 nəfərini öldürüb, 10-nu isə yaralayıblar. Hərbçilər ilə döyüşçülər arasında gedən atışmalarda yüksək texnologiya ilə hazırlanmış silahlardan da istifadə edilib. Toqquşmada döyüşçülərin də itki verdiyi bildirilsə də onların sayı açıqlanmır.
Qeyd edək kİ, fillipinli əsgərlərə Əbu Səyyaf döyüşcüləri tərəfindən əsir götürülmüş Beynəlxalq Qızıl Xaç Təşkilatının italiyalı nümayəndəsi Eungenio Vangini xilas etmək üçün əməliyyat keçirərkən basqın edilib. 62 yaşındakı E. Vanginin girov götürülməsindən isə 150 gün keçir. /ANS PRESS/