Filippində daha bir jurnalist güllələndi
16 İyun 2010 Çərşənbə 13:25
Jozelito Auqustinə dörd dəfə atəş açılıb.
Bu gün səhər saatlarında Filippinin şimalında yerləşən İlokos Norte vilayətinin Laoaq şəhərində jurnalist qətlə yetirilib.
37 yaşlı radioreportyor Jozelito Auqustin evinə gedərkən motosikletdə olan naməlum şəxs ona düz dörd dəfə odlu silahdan atəş açıb. Hazırda yerli polis cinayətin səbəbini müəyyən etməyə çalışır.
Qeyd edək ki, bu, həftə ərzində Filippində qətlə yetrilən ikinci jurnalistdir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: