Filip Kroulinin bəyanatı istefasına səbəb oldu
14 Mart 2011 Bazar Ertəsi 00:47
Ağ Ev rəsmisi jurnalistlərin qarşısında Pentaqonu tənqid edib.
ABŞ Dövlət departamentinin məruzəçisi Filip Krouli tutduğu vəzifədən istefa verib. ANS PRESS “Cihan”a istinadən xəbər verir ki, Kroulinin istefa verməsinin səbəbi Pentaqona istiqamətlənmiş tənqidi çıxışı olub. Qeyd edək ki, Ağ Ev sözçüsü BBC müxbirinin bu mövzuda verdiyi suala cavab verərkən “Wikileaks” saytına məxfi sənədləri sızdırmaqda ittiham olunan ABŞ əsgəri Bredli Manninqin həbs edildiyi hərbi bazada məruz qaldığı rəftarın axmaqca, məsuliyyətsizcə və əks effekt verci olduğunu deyib. Krouli həmçinin əsgərin niyə belə bir rəftara məruz qaldığını başa düşmədiyini deyib.

Xatırladaq ki, keçən həftə Beynəlxalq Amnistiya Təşkilatı (AI) “Wikileaks” saytına məxfi sənədləri sızdırmaqda ittiham olunaraq Vircinia əyalətinin Kvantiko şəhərindəki hərbi bazada saxlanılan Bredli Manninqin 23 saat pəncərəsiz kamerada saxlanıldığını, gecələr lüt soyunmağa məcbur edildiyini, yatmaq üçün isə ona odyal və yastıq verilmədiyini bildirmişdi. Qeyd edək ki, hərbi baza rəsmiləri əsgərin intihar etməsinin qarşısını almaq üçün bu addımı atdıqlarını iddia ediblər.

ABŞ Dövlət katibi Hillari Klinton isə mətbuata verdiyi yazılı açıqlamada Filip Kroulinin istefasına görə təəssüfləndiyini bildirib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar