Filip Kirkorov plagiatda ittiham olunur.
22 Fevral 2012 Çərşənbə 13:43
Müğənnini 8 ilədək azadlıqdan məhrumetmə cəzası və 5000-dən 25500 avroyadək cərimə gözləyə bilər
4 bolqar bəstəkarı Rusiya estradasının məşhur müğənnisi Filip Kirkorovu məhkəməyə verib. Bəstəkarlar müğənninin onlara heç bir qonorar vermədən bəstələrini icazəsiz ifa etdiyini iddia edirlər. Söhbət "Plyus və minus", "İndiki zaman", "Uşaqlıqdan xatirələr", "Etiraf" və "Ulduz fantaziyası" adlı mahnılardan gedir.
"Bu mahnılar onların müəlliflərinin icazəsi olmadan müğənni tərəfindən uzun illərdir konsertlərdə və musiqi albomlarında istifadə edilir" -"Avropa İnsan Haqlarının Müdafiəsi Cəmiyyətinin" nümayəndəsi belə deyir. İddiaçı şəxslərin sözlərinə görə, Filip Kirkorov bu mahnıların sözlərini dəyişsə də, musiqini olduğu kimi saxlayıb və indi onları öz şəxsi bəstələri kimi ifa edir.
Qeyd edək ki, Rusiya qanunvericiliyinə görə, bu iddialar sübuta yetirilərsə, müğənnini 8 ilədək azadlıqdan məhrumetmə cəzası və 5000-dən 25500 avroyadək cərimə gözləyə bilər.
DOSTLARINLA PAYLAŞ: