Filin əyləncəli hobbisi
16 İyul 2010 Cümə 19:55
Hindistan fili kərtənkələ tutmaqdan zövq alır.
Artıq 20 ildir ki, səyahətdə olan 49 yaşlı fotoqraf Caqdip Rajput Hindistanın Korbett Milli parkında heyvanlarla bağlı qeyri adi kadrları lentə ala bilib. Belə ki, bu Milli parkın sakini olan Maduri adlı fil maraqlı bir hobbisi ilə məşhurlaşıb. Fotoqraf aqressivliyi ilə digər heyvanlardan seçilən Maduri sevimli məşğuliyyəti ilə, yəni kərtənkələ oynatmaqla məşğul olarkən onun şəklini çəkmək mümkün olub.
Korbett Milli parkının əməkdaşları bildiriblər ki, Maduri peşəkər kərtənkələ ovçusuna çevirilib. O, yaxaladığı kərtənkələləri xortumu ilə quyruğundan tutaraq göydə fırlatmaq və yerə çırpaqdan zövq alır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: