Fil narkomaniyadan sağalıb
16 Dekabr 2009 Çərşənbə 22:35
Fil daima narkotik tələb edərmiş
Heroin vurulmuş bananları yeməyinə görə, narkoman olmuş 4 yaşlı Ksiquanq adlı fil detoksikasiya proqramını keçəndən sonra evə qayıdıb. Çin dövlət mediasına əsasən, filə bir il ərzində metadon dozaları vurulub. Özü də dozalar insan üçün nəzərdə tutulandan beş dəfə çox olub.

Ksiquanq daima narkotik tələb edərək, ucadan nərildəyirmiş. Ksiquanq Hanyan adasında heyvanların mühafizəsi mərkəzinə göndərilib və orada narkotik asılılığından tam müalicə olunub.

O, yaxınlarda Yunnan əyalətinin paytaxtı Kunminqdəki Milli Parka gətiriləcək. Asiya fili tükənmə təhlükəsi altında olan heyvandır. Hazırda vəhşi təbiətdə 30 minə yaxın belə fil yaşayır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar