Fil danışır .
03 Noyabr 2012 Şənbə 06:28
Cənubi Koreyadakı heyvan 5 kəlmə deyə bilir
Cənubi Koreyada yaşayan fillərdən biri insan səsləri çıxara,insan danışığını təqlid edə bilir. Bu açıqlamanı elm adamları veriblər.
"Current Biology" adlı jurnalda yer alan məqaləyə görə, "Koşik" adlı fil xortumunu ağzına salaraq səs tellərindən çıxan səsi dəyişdirə bilir. Bu yollada on koreya dilində 5 kəlmə deyir.
Asiya fili "annyeong (salam)", "anja (otur)", "aniya (yox)", "nuwo (yat)" və "joa (gözəl)" deyərək hamını heyrətə salır.

Müxtəlif ölkələrdən "Koşik"i tədiq etmək üçün gələn alimlərin fikrincə, fil baxıcısı ilə ünsiyyət qurmaq üçün onu təqlid etməyə başlayıb.

Qeyd edək ki, 1983-cü ildə də Qazaxıstandakı heyvanxanada fillərin rus dilində bir necə kəlmə dedikləri iddia edilmişdi. Ancaq bu barədə heç bir elmi iş aparılmamışdı.



DOSTLARINLA PAYLAŞ:

oyunlar