Fidel Kastronun oğlu çempion oldu
29 Aprel 2013 Bazar Ertəsi 11:38
Antonio Kastro Soto del Valye V Beynəlxalq qolf çempionatda qalib gəlib.
Kubanın lideri Fidel Kastronun oğlu Antonio Kastri Soto del Valye Montekristoda keçiriləcək qolf üzrə V Beynəlxalq Çempionatda qalib gəlib.
ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, çempionatın final mərhələsi Havanadan 140 km uzaqlıqda yerləşən Varadero kurortunda keçirilib. Bu il həmin çempionatda 15 ölkədən 100-ə qədər insan iştirak edib.
42 yaşlı Antonio Kastro Soto del Valye ixtisasca həkim-ortopeddir. O, iki həftə əvvəl həmçinin, Kubanın beysbol federasiyasının vitse-prezidenti seçilib.
DOSTLARINLA PAYLAŞ: