Fidel Kastro yenə qayıdır
07 Avqust 2010 Şənbə 17:50
Kuba lideri Fidel Kastro ölkə parlametinin iclasına qatılmaq qərarına gəlib.
Uzun müddət ictimaiyyət qarşısına çıxmayan Kuba lideri Fidel Kastro bu gün ilk dəfə olaraq ölkə parlametinin iclasına qatılmaq qərarına gəlib. Yerli KİV-in məlumatına görə, bundan öncə kubalı lider ötən ay Havanadakı təhsil mərkəzlərinin birini ziyarət edib və televiziya kanallarından birində yayımlanan proqrama qatılıb.
Bu arada Kuba dövlət televiziyasının verdiyi xəbərə görə, Fidel Kastro 14 illik fasilədən sonra bu gün ilk dəfə olaraq xüsusi iclas keçirəcək. Toplantıda əsasən qlobal nüvə müharibəsinin müzakirə olunacağı bildirilir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: