Fidel Kastro ölüb?
19 Oktyabr 2012 Cümə 21:34
Sosial şəbəkələr Kuba liderinin öldüyünü, həkimlər isə beyninə qan sızdığını bildirir
Kubanın liderinin səhhətində yenidən ciddi problemlər baş qaldırıb. Yatağa düşən Fidel Kastronun şəxsi həkimi deyib ki, Fidelin beyninə qan sızıb.

Xarici mətbuata inansaq, 86 yaşlı inqilabçının ömrünə az qalıb. Kastronun şəxsi həkimi inanmır ki, bundan sonra kubalılar bir daha onu canlı görə bilsinlər.

Sosial şəbəkələrin istifadəçiləri isə daha uzağa gedərək Fidel Kastronun artıq vəfat etdiyini yazıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar