Bəzi Qərb kütləvi informasiya vasitələrində Kubanın keçmiş lideri Fidel Kastronun vəfatı barədə məlumatlar yayılıb.
APA-nın xəbərinə görə, bu barədə “News4k” saytı “Discovery”yə istinadən məlumat verib.
Xatırladaq ki, son illər F. Kastronun ölümü ilə bağlı tez-tez informasiyalar yayılır. Bağırsağından əməliyyat olunduqdan sonra onun səhhəti xeyli pisləşib. F. Kastro 2006-cı ilin iyulundan bəri ictimaiyyət arasına çıxmır. O, 2008-ci ilin fevralında hakimiyyəti rəsmi şəkildə qardaşı Raula verməsinə baxmayaraq, ölkənin siyasi həyatında önəmli rol oynamağa davam edir və tez-tez rəsmi mətbuatda “Yoldaş Fidelin düşüncələri” adlı məqalələr çap etdirir.
APA