Fidel Kastro Obamaya xəbərdarlıq etdi
08 Avqust 2010 Bazar 14:55
Fidel Kastro ABŞ prezidentini İrana hücum etməməyə çağırıb.
Kuba inqilabı lideri Fidel Kastro ölkə parlametinin növbəti iclasındca çıxış edərkən ABŞ prezidenti Barak Obamanı İrana hücum etməməyə çağırıb. Onun sözlərinə görə, bu, irimiqyaslı nüvə müharibəsinin baş verməsinə gətirib çıxaran hadisələrə səbəb ola bilər.

İranla münaqişə haqda danışan Kuba lideri eyni zamanda bu müharibənin baş verməyəcəyinə əmin olduğunu deyib. Onun sözlərinə görə, rəsmi Tehran ABŞ və İsrailin tələblərini yerinə yetirməyəcək və İrana hücum əmri ancaq Obamadan aslı olacaq.

Qeyd edək ki, bir həftə sonra 84 yaşını qeyd edəcək Fidel Kastro 49 il Kubaya rəhbərlik edib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar