Fidel Kastro: “Kubaya qarşı casusluq qalmaqalı gülüncdür"
08 İyun 2009 Bazar Ertəsi 05:25
Kuba inqilabının lideri bildirib ki, məqsəd ABŞ-Kuba münasibətlərinin istiləşməsinə manne olmaqdır

Kubanın keçmiş rəhbəri Fidel Kastro, ABŞ Dövlət Departamentinin keçmiş əməkdaşı Uolter Mayers və həyat yoldaşının Kubaya casusluq etməkdə günahlandırılmasını “gülünc” adlandırıb. ANS PRESS, “Reuters” agentltyinə istinadən xəbər verir ki, Kuba inqilabının lideri amerikalı ailənin casus olması barədə informasiyaları nə təkzib, nə də təsdiq etsə də, bildirib ki, Azadlıq Adasına qarşı başlanmış casusluq qalmaqalı “gülünc və komikdir”. Onun sözlərinə görə, qalmaqalın yaradılmasında məqsəd ABŞ və Kuba arasında münasibətlərin istiləşməsi planlarını alt-üst etməkdən ibarətdir.
Xatırladaq ki, ABŞ Dövlət Departamentinin keçmiş əməkdaşı və onun həyat yoldaşı bir neçə onillik ərzində Kubaya casusluq etmək şübhəsi ilə həbs edilib. 72 yaşı olan Uolter Mayers Dövlət Departamentində çalışdığı illərdə Birləşmiş Ştatların tam məxfi sənədləri işləyib. ABŞ Ədliyyə Nazirliyinin məlumatına görə, 72 yaşlı keçmiş diplomat və 71 yaşlı həyat yoldaşı Qvendolin Mayers Vaşinqtonda həbs ediliblər və dairə məhkəməsi qarşısına çıxarılıblar. Həbs edilmih ər-arvad təxminən 30 il ərzində ABŞ-ın siyasi rəqibi olan Kubaya gizli informasiyaların öt ürülməsində təqsirləndirilir.
Uolter Mayers ABŞ Dövlət Departamentində 1977-ci ildə müqavilələr üzrə müşavir vəzifəsində işləməyə başlayıb. 1985-ci ildə isə ona “tam məxfi” qrifli sənədlərlə işləmək hüququ verilib. İndi casusluqda ittiham olunan şəxs 2007-ci ildə təqaüdə çıxıb. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar