Ficidə 6,1 bal gücündə zəlzələ olub
02 Dekabr 2010 Cümə Axşamı 01:25
Dağıntı və tələfat barədə heç bir məlumat yoxdur
Ötən axşam Ficidə-Sakit okeandakı ada dövlətində zəlzələ baş verib. ABŞ Geoloji Xidmətinin saytında yerləşdirilən məlumata görə, zərzələnin gücü 6,1 bal olub. Yeraltı təkanlar yerli vaxtla saat 04.01-də (Bakı vaxtı ilə 20.01) qeydə alınıb.
Zəlzələ ocağı 15,2 kilometr dərinlikdə olub. Yeraltı təkanların episentri Vanu-levu və Lambasa ada qrupundan 185 kilometr şimal-qərbdə yerləşib. Dağıntı və tələfat barədə məlumat daxil olmayıb. Sunami təhlükəsi yoxdur.
DOSTLARINLA PAYLAŞ: