Fətullah Gülən Ərdoğanı məhkəməyə verdi
03 Fevral 2014 Bazar Ertəsi 23:09
Dini icma lideri Fətullah Gülən vəkili Türkiyə baş nazirindən 100 min türk lirəsi istəyir.
Türkiyənin məhşur dini icma lideri Fətullah Gülən vəkili Nurullah Albayrak baş nazir Rəcəb Tayyib Ərdoğanı məhkəməyə verib.
ANS PRESS “Hürriyet” qəzetinə istinadən bildirir ki, Albayrak baş nazirdən müxtəlif çıxışlarında müvəkkilini təhqir etdiyi üçün 100 min türk lirəsi istəyir.
Nurullah Albayrak Ankaradakı Əsliye məhkəməsinə verdiyi ərizəsində bildirib ki, Rəcəb Tayyib Ərdoğan 17 və 25 dekabrda rüşvətə qarşı keçirilmiş əməliyyat barədə danışarkən aqressiv, bölücü, təhrikedici sözlərlə Fətullah Güləni və onu sevən insanları təhqir edib. Onun sözlərinə görə, Ərdoğan çıxışlarındakı təhqiri gündən günə artırıb və ağıl, məntiq və vicdan ilə izah edilməz səviyyəyə çatdırıb.
“Müttəhim çıxışlarında müvəkkilimin adını açıq anmasa da, işarə yolu ilə müvəkkilimi həfəf seçib”,- deyə Nurullah Albayrak baş nazir Rəcəb Tayyib Ərdoğan barədə söyləyib.
DOSTLARINLA PAYLAŞ: