FƏTH və HƏMAS siyasi məhbusların azad edilməsi ilə bağlı qərara gəliblər. ANS PRESS-in Reuters-a istinadən yaydığı məlumata görə, razılaşmaya bazar günü İordan çayının qərb sahilində, həm də Qəzza zolağında barışıq komitəsinin iclasında nail olublar.
FƏTH-in Qəzzadakı rəhbərlərindən olan İbrahim Abu ən-Nadcın verdiyi məlumata görə, bu, hər iki tərəfin məhbusların siyahısını hazırlayıb təqdim edəndən sonra baş verəcək.
FƏTH-in Fələstində qanunvericilik şurasının fraksiya başçısı Əzzam əl-Əhmədin sözlərinə görə isə hət iki tərəf məhbusların mübadiləsinə və bunu həyata keçirilməsinə dərhal başlayıb. O həm də qeyd edib ki, Qərb sahilində və Qəzza zolağındakı həbslərə görə FƏTH hec bir məsuliyyət daşımır. “Günahkar Fələstin administrasiyasıdır”, - deyə o vurğulayıb.
Əl-Əhməd onu da bildirib ki, hər iki qurum Misir vasitəçilərinə üz tutaraq onlardan komitənin işinin tezləşdirilməsinə, hərəkatlar arasında razılaşmanın iyulun 7-ə kimi əldə edilməsinə yardım üçün müraciət ediblər. /ANSPRESS/