FƏTH-ə yenə Mahmud Abbas rəhbərlik edəcək
08 Avqust 2009 Şənbə 19:55
Mərkəzi Komitə üzvlərinin seçkisi isə 9 avqust tarixinə təyin olunub

 

Fələstinin FƏTH hərəkatının hazırkı lideri Mahmud Abbas bu vəzifəyə yenidən seçilib. ANS PRESS-in “BBC”yə istinadən verdiyi xəbərə görə, nümayəndə heyətləri arasında yaranan fikir ayrılıqları səbəbindən digər partiyadaxili məsələlərin həlli təxirə salınıb.

Əsas fikir ayrılığı Qəzza Zolağı və İordan çayının Qərb Sahilindən olan nümayəndə heyətləri arasında yaranıb.

FƏTH-in Mərkəzi Komitəsi üzvlərinin seçkisi 9 avqust tarixində keçiriləcək.

Xatırladaq ki, bir müddət əvvəl məlum olub ki, FƏTH İsrailə qarşı silahlı mübarizədən imtina edə bilər. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar