Festivalda faciə
24 İyul 2010 Şənbə 22:30
“Love Parade” festivalı zamanı yaranan basırıqda 10 nəfər dünyasını dəyişib.
Almaniyanın qərbində yerləşən Duysburq şəhərində keçirilən texno-musiqi festivalında yaranan kütləvi basırıq zamanı ən azı 10 nəfərin dünyasını dəyişdiyi bidirilir. Yerli polisin məlumatına görə, basırıq zamanı təqribən daha 10 nəfər ciddi xəsarət alıb.
“İlkin məlumatlara görə, girişdə yaranan basırq zamanı 10 nəfər həlak olub, 10 nəfər ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib, daha 15 nəfər isə kiçik xəsarətlər alıb”, - deyə Duysburq polisindən bildiriblər.
Almaniyanın N-TV telekanalının yaydığı xəbərə görə, “Love Parade” adı altında keçirilən festivalda 1,4 milyon nəfər iştirak edib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: