Festival qurbanlarının sayı artır
25 İyul 2010 Bazar 11:05
Festival qurbanlarının sayı artır. Ölənlərin sayı 19, yaralıların sayı 340-a çatır.
Almaniyada keçirilən “Love Parade” musiqi festivalı faciəyə çevirilib. Ölkənin qərbində yerləşən Duysburq şəhərində keçirilən texno-musiqi festivalında yaranan kütləvi basırıq zamanı ölənlərin sayı 19-a, xəsarət alanların sayı isə 340 nəfərə çatıb. Bu barədə “Deutsche Welle” alman qəzeti məlumat yayıb.
Yaranmış vəziyyətdən çıxış yolu axtaran rəsmilər festivalın davam etdirilməsi barədə qərar veriblər. Belə ki, təhlükəsizlik qüvvələri festivalın yarımçıq dayandırılacağı təqdirdə daha bir faciənin yaranacağından ehtiyyat edirlər. Təqribən 1,4 milyon insanın iştirak etdiyi tədbir iyulun 25-i axşam saatlarına qədər davam etməlidir.
19 nəfərin ölümü, 340 nəfərin yaranmasına səbəb isə bu əyləncə tədbirində iştirak etmək istəyənlərin sayının çoxluğu izah edilir. İştirakçıların sayının planlaşdırılandan çox olması və onların polisin çağırışına məhəl qoymaması bu cür xoşagəlməz sonluğa səbəb olub. Belə ki, festivalın keçirilməsi üçün nəzərdə tutulan meydança insanla dolduqdan sonra polis festivala girişin dayandırılması barədə xəbərdarlıq edib. Buna baxmayaraq, insanların meydançaya aparan yeganə yolda-tuneldə basırıq yaratması 19 nəfərin həyatı bahasına başa gəlib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: