Fermerdən referenduma qeyri-adi etiraz
15 İyul 2010 Cümə Axşamı 20:35
Aqrar siyasətdən narazı olan əkinçi tarlası ilə etiraz etdi.
Türkiyənin Ədirnə bölgəsində əkinçiliklə məşğul olan bir fermer Konstitusiyaya ediləcək dəyişikliklərlə bağlı 12 sentyabrda keçiriləcək referendumda verəcəyi səsi fərqli bir şəkildə elan edib. Hökumətin aqrar siyasətindən narazı olan fermer 60 hektarlıq tarlasında iri hərflərlə “Hayır” yazıb.

60 hektarlıq taxıl zəmisində etiraz səsini yazan fermer kombaynla üç hilal işarəsi çəkməklə partiya mənsubiyyətini bildirib. 55 yaşlı MHP-li Əhməd Emek yaşayışını fermerliklə təmin etdiyini, lakin hökumətin aqrar siyasətindən narazı olduğunu bildirib.

Fermer bu etirazını hazırlamaq üçün bir gün vaxt sərf edib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar