“Fənərbaxça” fanatı olaraq dünyaya gələn körpə
22 Yanvar 2011 Şənbə 05:40
Türkiyədə dünyaya gələn körpənin göbək bağı sarı-mavi rənglərdədir.
Türkiyənin Samsun vilayətində Əmrə - Ömür cütlüyünün dünyaya gələn körpəsinin göbək bağının sari-mavi rəngdə olması valideynləri həm təəccübləndirib, həm də təşvişə salıb. Fanat bir “Fənərbaxça” azarkeşi olduğunu deyən ata bu vəziyyət barədə həkimə müraciət etdiyini bildirib: “Mən “Fənərbaxça”nın fanatıyam. Ailəmizdə də hər kəs “Fənərbaxça” azarkeşidir. Əvvəl qorxdum. Çünki bunun xəstəlik olduğunu fikirləşdim. Amma həkim vəziyyətin normal olduğunu bildiridi. Körpəmiz dünyaya fənərli kimi gəldi”.
Ata Əmrə Kışla həmçinin körpəsinin göbək bağı qopduqdan sonra İstanbyula futbola gedərkən onu “Şükrü Saracoğlu” stadionuna basdıracağını deyib.
Qeyd edək ki, Samsun “Ondokuz Mayıs” unversiteti tib fakultəsi qadın xəstəlikləri və doğum kafedrasının müdiri professor Tayfun Alper bunun normal olduğunu deyib: “Çirkli qan maviyə çalır. Təmiz qan isə sarıdır. Bu səbəblə də vəziyyət normaldır. Körpənin səhhəti isə yaxşıdır”. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: