FEMEN üzvü daş-qalaq edilərək öldürüləcək
22 Mart 2013 Cümə 23:00
Tunisin dini lideri 19 yaşlı tələbə qız haqda fitva verib.
FEMEN-in Tunis qanadının üzvlərindən olan Əminə Tayler daş-qalaq edilərək öldürüləcək. ANS PRESS-in Rusiya mətbatına istinadən verdiyi məlumata görə, fətvanı Tunisin dini lideri verib.
Buna səbəb 19 yaşlı tələbə qızın "Facebook" sosial şəbəkəsində paylaşdığı foto olub. FEMEN aktivisti yarıçılpaq soyunaraq bədəninə "Mənim bədənim mənə məxsusdur və heç kəsin namusu deyil" sözlərini yazıb.
FEMEN-in mətbuat xidməti fətva yayıldıqdan sonra Əminə Taylerin taleyi ilə bağlı narahatlıq bəyanatı yayıb.
DOSTLARINLA PAYLAŞ: