Fələstinlilər “Əl Cəzirə”nin binasına hücum ediblər
25 Yanvar 2011 Çərşənbə Axşamı 06:00
Etirazçı fələstinlilər divarlara “Əl Cəzirə cəsusdur”, “Əl Cəzirə = İsrail” yazırlar.
Bir qrup fələstinli “Əl Cəzirə” telekanalının Rəmallahda olan binasına hücum edib. Binanın qarşısında etiraz aksiyası keçirən qrup əllərində “Əl Cəzirə”nin loqotipi ilə İsrail bayrağında olan “Davud ulduzu”nu eyni (=) göstərən şüarlar daşıyıblar. Qrupda olan bəzi etirazçılar isə telekanalın yerləşdiyi binanın qapısını sındıraraq içəriyə giriblər. Bina daxilində ofisin qapısını açmağa müvəffəq ola bilməyən etirazçılar burda olan təhlükəsizlik kameralarını və kanalın loqotipini sındırıblar. Bundan başqa hiddətli fələstinlilər divarlara “Əl Cəzirə cəsusdur”, “Əl Cəzirə = İsrail” yazıblar. Daha sonra Fələstin təhlükəsizlik qüvvələri və polis etiraz aksiyasının qarşısını alıb və binaya daha çox insanın girməsinə mane olub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar