Fələstinlilər dinc durmur
15 İyun 2011 Çərşənbə 20:33
İordan çayının qərb sahilində etirazçılarla İsrail əsgərləri arasında toqquşmalar olub.
İordan çayının qərb sahilində yəhudi məskənlərinin tikilməsinə qarşı yönəlmiş etiraz aksiyası zamanı nümayişçilər İsrail əsgərləri ilə toqquşub. Deir Qiddis kəndinin yaxınlığında etirazçılar əsgərləri daş atəşinə tutub, əsgərlər isə etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib.

Qeyd edək ki, yəhudi məskənlərinin tikilməsi regiondakı sülh prosesində əsas maneəyə çevrilib. Fələstinlilər məskənlərin çoxalmasını onların İordan çayının qərb sahili və Şərgi Qüdsə olan ərazi iddialarının zəifləməsi kimi gəbul edir. Fələstinlilər hesab edir ki, İsrail tərəfindən zəbt edilmiş ərazilərdə evlərin tikiləcəyi təqdirdə danışıqların heç bir mənası olmur.

İsrail İordan çayının qərb sahilini, Qəzza zolağını və Şərgi Qüdsü 1967-ci ildə müharibə zamanı zəbt edib. İsrailin 2005-ci ildə Qəzzadan çıxmasına baxmayaraq, o digər iki ərazini hələ də nəzarət altında saxlayır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar