Fələstinin cəsur qızı mükafat aldı
27 Dekabr 2012 Cümə Axşamı 10:31
Ahed Tamimi Fələstin xalqının güclü olmasını istədiyini deyib.
Böyük qardaşı nəzarət altına götürüldüyü üçün İsrail əsgərlərinə meydan oxuyan 13 yaşlı fələstinli qız Ahed Tamimi Türkiyədə "Hazala Cəsarət Mükafatı"na layiq görülüb. Mükafat İstanbulun Başakşehir Bələdiyyəsi tərəfindən təqdim olunub və təqdimetmə mərasimində xeyli sayda türkiyəli rəsmilər iştirak edib. Mükafatı alan Ahed Tamimi gələcəkdə vəkil olmaq istədiyini deyib.

"Gələcəkdə vəkil olmaq istəyirəm. Fələstin xalqının bu işğala qarşı güclü olmasını istəyirəm. İsrailin hücumları qarşısında müqavimət göstərəcəyik və güclü olacağıq", - deyə Ahed Tamimi belə deyib.

Başakşehir bələdiyyə rəisi Mövlut Uysal isə bildirib ki, fələstinli qızcığazın dediklərindən onun sanki 13 yaşında deyil, 40 yaşında insan kimi danışdığını görmək olur. "Bu isə o deməkdir ki, hətta bu yaşdakı uşaqlar belə blokada şəraitində yaşayan Qəzza zolağı sakinlərinin nələr yaşadığını artıq dərk edirlər" - sitatın sonu.

Xatırladaq ki, bir müddət əvvəl Ahed Tamiminin İsrail əsgərlərinə meydan oxumasını, hətta onları vurmaq istəməsini əks etdirən kadrlar yayılmışdı.


DOSTLARINLA PAYLAŞ:

oyunlar