Fələstinə yeni baş nazir təyin olundu
03 İyun 2013 Bazar Ertəsi 05:07
Salam Fəyyadı Nablus universitetinin professoru Rami Həmdallah əvəz edəcək.
Fələstin muxtariyyətinə yeni baş nazir təyin edilib. Prezident Mahmud Abbasın istəyi ilə Salam Fəyyadı Nablus universitetinin professoru Rami Həmdallah əvəz edəcək.

Xatırladaq ki, aprel ayında istefa verən baş nazirlə Mahmud Abbas arasında fikir ayrılıqları mövcud idi. Yeni nazir isə Mahmud Abbasın Fətah partiyasının üzvü, eyni zamanda Fələstinin Səhm Birjasının rəhbəri və Mərkəzi Seçki Komissiyasının sədridir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar