Fələstindən tarixi uğur
30 Noyabr 2012 Cümə 02:25
Bu ölkə BMT-də müşahidəçi ölkə statusu aldı
BMT Baş Assambleyası Fələstinə bu təşkilatda müşahidəçi ölkə statusu verilməsi ilə bağlı qətnaməni qəbul edib. Sənədin lehinə 138, əleyhinə 19 ölkə səs verib. Fələstinin statusunun artırılmasının əleyhinə çıxan ölkələr arasında İsrail, ABŞ, Kanada, Panama və Çexiya da var. Fələstini dəstəkləyən böyük ölkələr isə Rusiya, Türkiyə, Braziliya, Çin, Livan, CAR və Cənubi Koreya olub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar