Fələstindən İsrail ərazisinə raket atəşi dayandırılır
22 Noyabr 2009 Bazar 02:50
Raketlərdən yalnız İsrail tərəfindən mümkün hücuma cavab üçün istifadə olunacaq
“Həmas” hərəkatının nümayəndələri bəyan ediblər ki, Fələstindəki qruplaşmalar arasında İsrail ərazisinin raket atəşinə tutulmasının dayandırılması barədə razılıq əldə edilib. Raketlərdən yalnız İsrail tərəfindən mümkün hücuma cavab üçün istifadə olunacaq.
Qeyd edək ki, “Həmas” atəşin dayandırıldığını hələ bir neçə ay əvvəl bəyan etmişdi. Bu müddət ərzində qruplaşmalar arasında “Həmas”ın təşəbbüsünə qoşulub-qoşulmamaq barədə danışıqlar aparılırdı. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: