Fələstin həkimləri İordan çayının qərb sahilində A/H1N1 virusuna ikinci yoluxma hadisəsini aşkar ediblər. ANS PRESS-in "RİA-Novosti"yə istinadən verdiyi xəbərə görə, xəstəlik 4 yaşlı qız uşağında qeydə alınıb.
Onun Vifleem şəhərində yaşayan ailəsi bu yaxınlarda ABŞ səfərindən qayıdıb. /ANS PRESS/