Fələstin lideri İsraillə görüşə razılıq verib
11 Oktyabr 2013 Cümə 00:09
Netaniyahu və Abbas axırıncı dəfə bundan 3 il əvvəl görüşüblər.
Yaxın günlərdə Fələstinin başçısı ilə İsrail baş naziri görüşəcək. ANS PRESS “The Jerusalem Post”a istinadən bildirir ki, Mahmud Abbas Binyamin Netanyahu ilə görüşə razılıq verib. Məsələdən ABŞ administrasiyasının da xəbəri olduğu bildirilir. Bu yaxınlarda Abbas və Netanyahu ABŞ-da olublar və prezident Barak Obama ilə görüşüblər. Fələstin tərəfindən olan mənbə görüşdən heç nə gözəmədiklərini bildirib.
Netaniyahu və Abbas bundan əvvəl Qüdsdə 15 sentyabr 2010-cu ildə görüşüblər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar